Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75194
az

Kartı olan şəxslərə XƏBƏRDARLIQ! - DİQQƏTLİ OLUN

13:3419 Oktyabr, 2022
1836
  • A

Son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Mərkəzi Bankın “qaynar xətti”nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinib.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu edilmir: "Bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər", - deyə xəbərdarlıqda bildirilib.

Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik.

Bakıda intihar edən həkimin məktubu tapılıb: Görün,nə yazılıb

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Güclü partlayış olub: 5 nəfər dünyasını dəyişib
Baş prokurorla görüş var - BU RAYONLAR GEDƏ BİLƏR
DİQQƏT! Yollar bağlanır

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi