Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74973
az

Diqqət! Bu mesaj gəldisə, ƏDV-ni geri ala bilməyəcəksiniz -VİDEO

17:5514 Oktyabr, 2022
298
REDAKTORUN SEÇİMİ
  • A

Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin ƏDV-ni geri qaytarmaması ilə bağlı görüntülər yayılıb. 

İddianın doğruluğunu araşdırmaq üçün sözügedən marketə yollandıq. Alış-veriş etdik, çekimizi aldıq, ƏDV-ni geri almaq üçün telefonumzdakı tətbiqə girdik, məlumatları təsdiqlədik, lakin bizə qəribə bir mesaj gəldi: “Vergi ödəyicisi riskli vergi ödəyicilərindən formalaşdığı üçün ƏDV qaytarılmır”.

Bəs bu nə deməkdir? Hansısa riskli vergi ödəyicisinə görə vətəndaş niyə ƏDV-sini geri ala bilmir?

İqtisadçı Xalid Kərimli deyir ki, “riskli vergi ödəyicisi” termini “Vergilər Məcəlləsi”nə 2020-ci ildə əlavə edilib: “Riskli vergi ödəyicisi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilib. Yəni, bu hüquqi termindir və vergilər inzibatçılığında isə bu avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Yəni, riskli vergi ödəyicisi olan şəxslə ticari münasibətə girən, mal alan və ya mal satan, xidmət göstərən şəxs avtomatik olaraq, özü də riskli vergi ödəyicisinə çevrilir. 

Yəni, ola bilsin ki, siz çox yaxşı vergi ödəyicisisiniz, lakin bilməyərəkdən riskli fəaliyyət ilə məşğul olan, vergidən yayınma riski yüksək olan hüquqi şəxslə, fiziki şəxslə və yaxud da təsisçisi riskli olan, vergidən yayınma ehtimalı böyük olan və yaxud da vergidən yayınmış şəxsin şirkəti ilə bilməyərəkdən ticari münasibətə gedə bilərsiniz. 

Bu zaman avtomatik olaraq, Nazirlər Kabinetinin bu qərarına əsasən, həmin ticarətə girmiş, bəlkə də normal olan təsərrüfat subyekti də avtomatik olaraq riskli vergi ödəyicisi kimi təsnifləşdirilir və onun vergi münasibətlərinə fərqli şəkildə yanaşılır.  Onun işlədiyi, müqaviləsi olan bütün təsərrüfat subyektlərinə, bütün hüquqi və fiziki şəxsə avtomatik məhdud gedir və deyilir ki, bu şəxs riskli vergi ödəyicisidir və siz bununla əməliyyatlardan çəkinin”. 

Ekspert düşünür ki, əslində riskli vergi ödəyicisini müəyyənləşdirmək və buna nəzarət etmək şəffaflığın artırılması baxımından yaxşı haldır. Amma bəzən texniki problemlər də ortaya çıxır: “Normal vergidən yayınmayan təsərrüfat subyekti riskli vergi ödəyicisi ilə, təsisçisi riskli vergi ödəyicisi olan hüquqi şəxslə bilməyərəkdən ticari münasibətə girəndə avtomatik olaraq həmin şirkət üçün də problem yaranmış olur. 

Onun avtomatlaşdırılmış sistemdən çıxarılması, sübut edilməsi ki, mən riskli deyiləm, sadəcə real əməliyyatlar həyata keçirmişəm və keçirdiyim əməliyyatları da vergiyə cəlb etmişəm. Bunu sübut edincə də bir qədər zaman keçir və əlavə narahatlıq yaradır. Vergilər Nazirliyinin Nazirlər Kabineti hökumətin bu istiqamətdə atdığı addım təqdirəlayiq olsa da, bu cür hallarda operativliyin təmin edilməsi, sadəcə vergi ödəyicisinin riskli olduğunu bilməyərək normal alqı-satqı münasibətinə girən şirkətlərin də bu sistemə əgər hətta düşərsə də,  dərhal bu əməliyyatların dayandırılması və yaxud da vergi ödəyicisinin müraciətinə dərhal operativ şəkildə baxılsın və dəqiqləşdirmə həyata keçirilsin”. 

Qeyd edək ki, APA TV-nin Dövlət Vergi Xidmətinə müraciətindən sonra problem aradan qaldırılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı