ВНИМАНИЮ граждан: в Азербайджане вводится новое пособие
13 Dekabr 2025, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1670
04.10.2022, 23:48
Koronavirus pandemiyası şəxsi gigiyenaya əməl etməyin vacibliyini bir daha xatırlatdı. Sağlamlığımız-haqqında düşünməyi təxirə salmağa haqqımız olmayan xəzinəmizdir. Gigiyenik qaydaların düsturunun əsası isə hamam otağından və unitazdan başlayır.
Hər il 19 noyabr “Ümumdünya Tualet Günü” kimi qeyd olunur. Məqsəd tualet problemlərinə, daha doğrusu, tualet gigiyenasına əməl edilmədiyinə görə, qazanılan xəstəliklərə diqqət çəkməkdir. BMT-nin araşdırmaları nəticəsində məlum olub ki, dünyada hər gün 5000 uşaq tualetdəki gigiyenik şəraitin uyğunsuzluğu səbəbilə infeksion xəstəliklərə tutulur. Və əksəriyyəti ölür...
Məhz bu səbəbdən də, infeksionistlər deyir: “Tualet kağızından istifadə sağlamlıqdır!” Onlar bu fikirdədir ki, “su tualet kağızının alternativi deyil, hər ikisi gigiyenanın bir hissəsidir”.
Ölkəmizdə, əsasən, paytaxtdan kənarda çox rast gəlinən hallardan biri odur ki, insanlar yuyunduqdan sonra, ümumiyyətlə, tualet kağızından istifadə etmir. Səbəbini araşdırdıqda məlum olur ki, bizim insanlar tualet kağızının suyun əvəzləyicisi olduğu fikrindədirlər. Əslində, bu hal başadüşüləndir. Çünki tualet kağızı keçən əsrdə insanların həyatına daxil olanda çoxları onu tualet gigiyenasında alternativ vasitə kimi qəbul etdilər; su əvəzinə kağızı seçənlər də oldu, “su olan yerdə kağızı neynirəm?!” deyənlər də... Halbuki, tualet kağızının funksiyası yuyunduqdan sonra dərinin, daha dəqiq desək, bədənimizin ən həssas dəriyə malik olan nahiyələrinin qurudulmasıdır. Su ilə yuyunma gigiyenanın təməlidir, amma yetərli deyil.
Belə ki, son dövrlərdə infeksion xəstəliklərin kökündə dayanan səbəblərdən birinin məhz tualet kağızından istifadə etməmək olduğu aşkarlanıb. Və bu, o demək deyil ki, tualet kağızından istifadə edənlərin hamısı infeksion xəstəliklərdən sığortalanıb. Heç də belə deyil. Tualet kağızından istifadə qədər ondan düzgün istifadə etmək də vacib şərtdir.
Bəs, tualet kağızından istifadə etmədikdə nə baş verir?
Su ilə yuyunduqdan sonra tualet kağızından istifadə edilməməsi bakteriya, virus və göbələk mənşəli infeksion xəstəliklərə yol aça bilər. İzahı çox sadədir: anal və vaginal bölgə suyla yuyulur, ancaq tualet kağızı ilə qurulanmır. Beləcə, nahiyə nəm qalır. Nəmişlik isə bakteriyaların, virusların, göbələklərin inkişafı üçün əlverişli şərait yaradır.
Tualet kağızı uşaq sağlamlığı üçün çox vacibdir. Nahiyənin yuyulduqdan sonra silinməməsi, xüsusən, qız uşaqlarında tez-tez təkrarlanan sidik yolu infeksiyalarına-sistitə səbəb olur.
Yetkin yaşlı insanlar da tualet kağızından istifadəni tualet gigiyenasının bir hissəsi kimi qəbul etməlidirlər. Sidik ifrazından sonra nahiyəni yuyan, amma qurulamağı təxirə salan kişilərdə göbələk və bakteriya mənşəli xəstəliklər yaranır. Qaşınma, qızarıqlıq və pis qoxu ilə özünü büruzə verən xəstəliklər bir yana, tualet kağızından istifadə etməmək prostat xərçənginə də səbəb ola bilir.
Həmçinin oxuyun
00:03 / 16 Dekabr 2025
1
23:55 / 15 Dekabr 2025
14
23:51 / 15 Dekabr 2025
156
23:45 / 15 Dekabr 2025
18
23:28 / 15 Dekabr 2025
31
23:25 / 15 Dekabr 2025
27
23:21 / 15 Dekabr 2025
40
23:14 / 15 Dekabr 2025
32
23:08 / 15 Dekabr 2025
35
23:02 / 15 Dekabr 2025
37
22:54 / 15 Dekabr 2025
34
22:49 / 15 Dekabr 2025
40
22:48 / 15 Dekabr 2025
30
22:31 / 15 Dekabr 2025
56
22:27 / 15 Dekabr 2025
42
22:09 / 15 Dekabr 2025
254
21:59 / 15 Dekabr 2025
50
21:45 / 15 Dekabr 2025
71
21:10 / 15 Dekabr 2025
1593
20:54 / 15 Dekabr 2025
99
20:38 / 15 Dekabr 2025
1316
20:16 / 15 Dekabr 2025
65
19:46 / 15 Dekabr 2025
167
19:15 / 15 Dekabr 2025
680
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.