Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74624
az

SON  DƏQİQƏ! Azərbaycan bu ölkəyə NOTA verdi,təzminat tələb etdi

21:4403 Oktyabr, 2022
498
REDAKTORUN SEÇİMİ
  • A
Azərbaycan Fransa hökumətindən təzminat tələb edir. Oxu24.com xəbər verir ki, bu barədə rəsmi Bakının oktyabrın 3-də Parisə verdiyi etiraz notasında qeyd olunub. Sənəddə qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib. Eyni zamanda Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib. Qeyd edək ki, oktyabrın 1-də gecə saatlarında bir qrup radikal erməni Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına qırmızı rəngli boya atılıb və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bu tələbələrə əlavə TƏQAÜD VERİLƏCƏK
Metrodan istifadə edənlərə vacib XƏBƏR
Sabah bu ərazilərdə qaz olmayacaq

ATV kanalı yutubda 1 milyondan çox abunəçi yığdı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı