Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74408
az

Azərbaycana yeni avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR- Bundan sonra…

23:2129 Sentyabr, 2022
119
REDAKTORUN SEÇİMİ
  • A
Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq. Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir. Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir. Dövlət Gömrük Komitəsi tərəfindən gömrük prosedurlarının rasionallığının təmin edilməsi, rəsmiləşdirmə, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən bu yenilik məmnunluğun, şəffaflığın təmin olunmasına, növbələrin, vətəndaş-məmur təmasının aradan qaldırılmasına şərait yaradacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Etibarsız pullarla təqaüdçüləri aldatdı