Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74058
az

Erməni polkovnikdən ŞOK AÇIQLAMA

22:2121 Sentyabr, 2022
817
REDAKTORUN SEÇİMİ
  • A

Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən “Yerablur” hərbi qəbirstanlığının sahəsi genişləndirilir. 

Oxu24.com  erməni mediasına istinadən xəbər verir ki, Azərbaycan Ermənistan sərhədindəki son toqquşmalarda ölən erməni əsgərlərinin sayı rəsmi elan edilmiş rəqəmlərdən dəfələrlə çoxdur. Xatırladaq ki, sentyabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirildi ki, 207 erməni əsgəri ölüb, 300-ə yaxın yaralı var, 20 nəfər isə itkin düşüb. "Qovorit Yerevan" erməni teleqram kanalının məlumatına görə, ölən əsgərlərin sayı 400-ə yaxındır. 

“5165” hərəkatının üzvü Karin Tonoyan isə yaranan vəziyyətlə bağlı Paşinyan hakimiyyətini günahlandırıb. “Biz torpaqlarımızı itiririk, uşaqlarımızı itiririk, xalqı ayıltmaq üçün belə olmalıdır”, - deyə Tonoyan bildirib. 

Bir çox müxalif siyasilər də verilən rəsmi rəqəmlərin real olmadığını bildiriblər. 

Bakı Dövlət Universitetinin Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdinin kanalımıza verdiyi açıqlamaya görə, verilən itkilərin çoxluğu barədə dərc olunan məlumatlar Paşinyan iqtidarı tərəfindən silinir. O, Ermənistanın ehtiyatda olan polkovniki Volodya Hovanisyanın itkilərlə bağlı bir neçə gün öncə verdiyi açıqlamanın da silindiyini qeyd edib. 

Bu gün isə “Hayeli” adlı yutub kanalında çıxış edən tarix elmləri namizədi, polkovnik Volodya Hovanisyan rəsmi rəqəmlərin real olmadığını bildirib. 

Ermənistan ordusunda fərarilik halları da qalmaqdadır. Bu barədə yerli mətbuata Zəngəzur rayonunun kənd icra nümayəndələrindi biri Ruben Manuçaryan deyib. “Bir qrup mülki geyimli şəxs kənd mağazasına yaxınlaşaraq kənddəki vəziyyətlə maraqlanıblar və onlar satıcıdan əhalinin köçürülüb-köçürülmədiyini soruşublar” - deyə, Manuçaryan vurğulayıb.  
Erməni mediası təhlükəsizlik orqanlarına təhvil verilən həmin şəxslərin son döyüşlər vaxtı postları qoyub qaçan erməni hərbçiləri olduğunu bildirib. 

SON DƏQİQƏ! Müdafiə Nazirliyi təcili açıqlama yaydı

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı