Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73925
az

Cavanşir Məmmədovun kürəkəni tutuldu - VİDEO

14:1117 Sentyabr, 2022
286
REDAKTORUN SEÇİMİ
  • A

Əməkdar artist Cavanşir Məmmədov və qızının türkiyəli əri İbili Mustafa Kəmal oğlu arasında yaranan münaqişə Türkiyə vətəndaşı barəsində cinayət işinin açılması ilə nəticələnib. 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, İbili Mustafa Kəmal oğlu 2018-ci ildə Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə tanış olub. Daha sonra o, evlənmək üçün Bakıya gəlib. Bundan sonra tərəflər arasında pul məsələsi ilə bağlı mübahisə yaranıb: 

“Evlənməyə qərar vermişdik. Türkiyədəki evimi, ofisimi sataraq 55 min dollar götürüb Bakıya gəldim. Xatirə məni anası və qızı ilə tanış etdi. Anası dedi ki, evlənmək üçün Bakıdan ev almalıyam. Mən də Yasamaldan ikiotaqlı mənzil, Xatirənin özünə isə geyim, telefon, qızıl zinət əşyaları aldım. 4 dəfə Türkiyəyə apardım, ailə ilə birlikdə gəzdirdim. 2021-ci ilə qədər münasibətimiz davam etdi və bu müddətdə ümumilikdə 240 min dollarım çıxdı”, - deyə Mustafa İbili bildirib. 

Birja işi il məşğul olduğunu və Cavanşir Məmmədovun da bu işə qoşulmaq istədiyini deyən Mustafa İbili bir müddət yaxşı qazanc əldə etdiklərini qeyd edib. Lakin Türkiyədə lirə dəyər itirməyə başlayanda onlar zərər etməyə başlayıb. Elə hər şey də bundan sonra başlayıb. 

Türkiyə vətəndaşının iddiasına görə, zərərə düşdükdən sonra o, Cavanşir Məmmədova pul verə bilməyib: “Cavanşir Məmmədovun verdiyi bütün pulları Xatirə mənim bank hesabıma köçürtdürüb. Mən Xatirə Məmmədovanın göstərişi ilə aldığım mənzili və əşyaları Cavanşir Məmmədova təhvil verməyə hazıram. Əlavə olaraq istintaqda qardaşımdan borc alaraq 10 min dollar Cavanşir Məmmədova ödədim. Artıq pulum qalmayıb”, - deyə o qeyd edib. 

Mustafa İbili deyir ki, onu aldadaraq pullarını xərclətdiyi üçün Xatirə Məmmədovaya cinayət işi başlanmasını və xərclədiyi pulların geri qaytarılmasını istəyir.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. Daha sonra Mustafa polis əməkdaşları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı APA TV-yə açıqlama verən Cavanşir Məmmədov Mustafa İbili tərəfindən səsləndirilən iddiaların həqiqətə uyğun olmadığını bildirdi. Onun sözlərinə görə, təqsirləndirilən şəxs təkcə onu yox, bir neçə nəfəri aldadıb. Bu azmış kimi, onları ölümlə də hədələyib. 
DİN-in Mətbuat Xidmətindən isə APA TV-yə bildirildi ki, Mustafa İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanan cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Təqsirləndirilən şəxsin bəhs etdiyi pul, vurulan maddi ziyana görə zərərçəkmişə ödənib. Həmin vəsaitin ödənməsi barədə qeydlər istintaq materiallarına əlavə edilib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı