Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73764
az

Qazaxıstan Ermənistana "yox dedi" - RƏSMİ QƏRAR

11:3114 Sentyabr, 2022
465
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycan-Ermənistan sərhədinə Qazaxıstan sülhməramlılarının göndərilməsindən söhbət gedə bilməz. 

 

Oxu24.com  xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib.

 

"Xeyr, belə bir sual yoxdur, ola da bilməz. İndi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir. Biz öz təcrübəmizi bölüşməyə hazırıq, çünki biz sərhədimizi quru və hətta dəniz sərhədinin bütün perimetri üzrə demarkasiya etmişik. Demarkasiya demək olar ki, Rusiyadan başqa bütün dövlətlərlə tamamlanıb. Rusiya ilə demarkasiya yəqin ki, daha iki-üç il çəkəcək”, - deyə XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ötən gün videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib.

 

İclas zamanı təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub. Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Müdafiə Nazirliyi açıqlama yaydı: 30 yaşınadək hərbi vəzifəlilər mayın 13-dən...
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər