Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73566
az

DİQQƏT! Pensiya ilə bağlı əhaliyə VACİB XƏBƏR

22:1407 Sentyabr, 2022
780
REDAKTORUN SEÇİMİ
  • A

Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqda icra olunan "Azərbaycanda pensiya islahatlarına dəstək" tvinninq layihəsinin ikinci mərhələsinə start verilib.

Bu barədə Oxu24.com  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər ölkəmizdə aparılan pensiya islahatlarını, bu islahatlar nəticəsində pensiyalarda ardıcıl xarakter alan ciddi artımları, pensiya təminatı sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımları diqqətə çatdırıb.

Bildirilib ki, davamlı islahatlar nəticəsində son 4 ildə minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 75 faiz, yaşa görə orta aylıq pensiya 70 faiz artıb. Pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi ilə yanaşı, bu sistemin humanist yanaşmalar əsasında təkmilləşdirilərək əhatə dairəsinin genişləndirilməsi, əlçatanlığın artırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib. 2019-cu ilin əvvəlindən isə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanıb və ötən dövrdə 70 minədək pensiyanın elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.

İkinci mərhələsinə başlanan tvinninq layihəsi də ölkəmizdə pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində islahatlara, bu islahatların qabaqcıl təcrübələr əsasında həyata keçirilməsinə dəstək məqsədi daşıyır.

Layihənin yeni mərhələsində pensiya sahəsi üzrə beynəlxalq təcrübəyə uyğun aktuar modellərin və proqnozlaşdırma metodlarının hazırlanmasında Nazirliyin potensialının artırılmasına, proaktiv təyinat mexanizmləri üçün elektron institutsional məlumat bazasının sistemləşdirilməsinə dəstək veriləcək.

Həmçinin layihə pensiya təminatı sistemində əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması üçün müvafiq mexanizmlərin tətbiqinin tənzimlənməsini, təhlil keyfiyyətinin artırılmasını və s. hədəfləyir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi