Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73564
az

Bu müəllimlər işdən çıxarılacaq - Nazirdən VACİB AÇIQLAMA 

21:1207 Sentyabr, 2022
887
REDAKTORUN SEÇİMİ
  • A

Sertifikasiya imtahanının ikinci mərhələsindən keçə bilməyən müəllimlər işdən çıxarılacaq. Bunu jurnalistlərə açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, bu qanunvericiliyi tələbidir. 2300-dən çox müəllim sertifikasiyadan keçə bilməyib.

Emin Əmrullayev bildirib ki, sertifasiya imtahanında 500-ə yaxın müəllimin "anbar", "şənbə" və "pambıq" sözlərinin düzgün yazılışını tapa bilmədiyini diqqətə çatdırıb. ''Bu, sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edir. Bu tip hallar çoxdur'' deyə o əlavə edib.

Nazir qeyd edib ki, yeni məktəbli formaları ilə bağlı hansısa gərginlik var. Emin Əmrullayev bunu məlumatsızlıq, bəzən də valideynlərin düzgün ünvanlara müraciət etməmələri ilə əlaqələndirib.

Elm və təhsil naziri Emin Əmrullayev bağçalarda kameraların quraşdırılmasının vacibliyinə diqqət çəkib. O əlavə edib ki, bunun üçün bağçaların internetə çıxışı təmin olunmalıdır.

Emin Əmrullayev vurğulayıb ki, bağçalarda kameraların mövcudluğu xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu videoya baxmadan MARKET QATIĞI ALMAYIN! - Səbəbləri
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Dolmadan narkotik çıxdı - FOTO