Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73180
az

Duqina buna görə öldürüldü - Ekspertdən ŞOK AÇIQLAMA

09:5625 Avqust, 2022
370
REDAKTORUN SEÇİMİ
  • A

Ukraynanın qondarma "dxr"in rəhbəri Denis Puşilinin oturduğu administrasiya binasını vurması ilə tərəflər sülhdən bir az da uzaqlaşdılar.

 

Oxu24.com  axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

 

Onun sözlərinə görə, Duqinin qızına qarşı sui-qəsddən sonra Ukrayna müharibəsi kritik mərhələyə qədəm qoyub:

 

"Sui-qəsd Rusiya üçün böyük bir etibar itkisidir - bu, öz torpağında dövlətə ən yaxın adamlardan birinin yaxşı qoruna bilmədiyinin göstəricisidir. Rusiyada aparılan istintaq fəaliyyəti nəticəsində sui-qəsdin arxasında Ukraynanın olduğu bildirilib. Lakin mən buna qatılmıram. Fikrimcə, Ukraynadan da müəyyən mənada istifadə oluna bilər, ancaq bu, ABŞ-la Rusiyanın daxilindəki hökumətə paralel dərin və gizli quruluşların əməkdaşlığının nəticəsidir. Müharibənin getməsinə baxmayaraq, taxıl dəhlizi ilə bağlı razılıq digər sahələrdə də əməkdaşlığın əldə olunacağına, son nəticədə sülhə ümidləri artırmışdı. Lakin qondarma "dxr" rəhbərinin administrasiya binasının vurulması ilə taxıl dəhlizinin gələcəyi də təhlükə altına düşmüş oldu. Putin və Zelenski arasında görüşün keçirilməsindən bəhs olunurdu, hazırda isə artıq liderlərin görüşü məsələsi də arxa plana keçdi".

 


O bildirib ki, Türkiyə onsuz da müharibənin əvvəlindən tərəflər arasında atəşkəsin əldə olunması üçün çalışır:

 


"Ancaq müharibənin uzanmasını istəyən qüvvələr də iş başındadır. Ukraynanın xarici tərəfdaşlardan güc alaraq Donetsk şəhərinin mərkəzini vurduğunu düşünürəm. Bu həmlə eyni zamanda Rusiyanın Kiyevi vuracağı ilə bağlı son təhdidlərinə cavabdır".

 

Başbuğ müharibənin Krıma sıçraması məsələsinə də toxunub:

 

"Rusiyanın ən böyük qorxusu və qırmızı xətti Krımın işğaldan qurtarılması üçün genişmiqyaslı hücumların başlamasıdır. Müharibə Krıma sıçrasa və orada güclü toqquşma baş versə, fikrimcə, Rusiya hər cür riskə gedəcək. Əgər Krımda digər dövlətlərin də dolayı yolla və ya birbaşa qatıldığı hücum mərhələsi başlasa, o zaman nüvə gücündən istifadə riskindən danışa bilərik. Eyni zamanda bəhs etdiyimiz mərhələ bəşəriyyət üçün Üçüncü Dünya müharibəsindən öncə son dayanacaq olar".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı