Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72682
az

Pensiya yaşını keçmiş rayon rəhbərləri: 75 yaşlı icra başçıları var (SİYAHI)

10:1403 Avqust, 2022
154
REDAKTORUN SEÇİMİ
  • A

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyətin başlatdığı kadr dəyişikləri ilk olaraq pensiya yaşı çatmış məmurların karyerasına son qoydu. Baş nazirlərin müavinləri Hacıbala Aburalov, Əli Həsənov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefası ilə başlayan proses daha sonra demək olar ki, bütövlükdə hakimiyyət komandasını əhatə etdi. 

Həmin dövrdə pensiya yaşına çatmış icra başçılarından da bəziləri işdən çıxarıldı. Lakin pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan icra başçıları var və onalrın sayı az deyil.  

Oxu24.com  həmin icra başçılarının siyahısını təqdim edir:

Samux rayonunun icra başçısı Alı Qocayev - 1947-ci ildə anadan olub, 75 yaş.

Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 1947-ci ildə anadan olub, 75 yaş.

Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 1951-ci ildə anadan olub, 71 yaş.

Qobustan rayonunun icra başçısı Adil Məmmədov - 1952-ci ildə anadan olub, 70 yaş.

Ağcəbədi rayonunun icra başçısı Rafil Hüseynov - 1953-cü ildə anadan olub, 69 yaş.

Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 1953-cü ildə anadan olub, 69 yaş.
Ətraflı

Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov - 1954-cü ildə anadan olub, 68 yaş.

Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 1954-cü ildə anadan olub, 68 yaş.

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 1954-cü ildə anadan olub, 68 yaş.

Füzuli rayonunun icra başçısı Alı Alıyev - 1955-ci ildə anadan olub, 67 yaş.

Zərdab rayonunun icra başçısı Mərdan Camalov -1956-cı ildə anadan olub, 66 yaşı var.

Bakı şəhərinin icra başçısı Eldar Əzizov - 1957-ci ildə anadan olub, 65 yaş.
 
Xocalı rayonunun icra başçısı Şahmar Usubov - 1953-ci ildə anadan olub, 69 yaş.

Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR