Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71868
az

Təhsil Nazirliyi VACİB MƏLUMAT yaydı -  14-22 iyul tarixlərində... VİDEO

21:0607 İyul, 2022
327
REDAKTORUN SEÇİMİ
  • A

Təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsinə start verilib. İmtahanlar  14-22 iyul tarixlərində baş tutacaq. Əvvəlki illərdən fərqli olaraq builki imtahanlarda bir sıra yeniliklər də tətbiq olunacaq. 

Müəllim olmaq istəyənlər üçün növbəti imtahan keçiriləcək.

Bu il dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə 60 min 2 müraciət qeydə alınıb. Onlardan 54 min 745 nəfəri növbəti mərhələyə keçə bilib. 

14-22 iyul tarixlərində baş tutacaq imtahanlarda bir  sıra yeniliklər tətbiq ediləcək. Çoxsaylı müraciətlər nəzərə alınaraq imtahan müddəti artırılıb. 

Müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düzgün cavabların dörddə bir hissəsinə təsir edəcək. Namizəd ixtisas sualına səhv cavab verərsə düz cavablandıran sualın 0,5 balını aparacaq. Metodikadan səhv cavablandırılan sual isə nəticəni 0,25 bal azaldacaq. Bu il həmçinin ucqar məktəblərdə uzun müddət çalışmış müəllimlərin balları artım əmsalları ilə hesablanacaq. Şəhid ailələrindən olan namizədlərə isə əvvəlcədən seçim hüququ veriləcək. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ