Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71857
az

Göldən meyiti tapılan Aygül görün kim imiş - ŞOK DETALLAR

19:4107 İyul, 2022
593
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün Şəkidə 26 yaşlı Aygül Əhmədovanın meyitinin süni göldə tapılması hadisəsinin təfərrüatı üzə çıxıb.

Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra 1996-cı il təvəllüdlü Aygül Əhmədovanın intihar etdiyi müəyyən olunub.

Məlum olub ki, qadın 6 ay əvvəl ana olub. Lakin doğuşdan sonra gənc ananın mənəvi problemləri yaranıb, onda ruhi-psixoloji pozuntular müşahidə edilib. O, müalicə məqsədilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində isə Aygül dəfələrlə intihara cəhd edib, lakin hər dəfə yaxınları onun cəhdlərinin qarşısını alıblar.

Bir neçə gün əvvəl isə A.Əhmədova körpəsi ilə birlikdə doğulub böyüdüyü Şəkinin Baş Göynük kəndinə aparılıb. 6 aydır yaxınlarının diqqəti altında olan qız bu gün ayaqyoluna getmək adı ilə həyətə düşüb. Ailə üzvləri bir neçə dəqiqə sonra onun ardınca getsələr də, A.Əhmədovanın ayaqyolunda olmadığı məlum olub. Az sonra isə onun özünü həyətin digər istiqamətindəki kiçik süni suvarma gölünə ataraq intihar etməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı