Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71733
az

Sahil Babayevin nazirliyi bayrama qədər pensiyaları tam ödəməyəcək? - RƏSMİ

18:5305 İyul, 2022
110
REDAKTORUN SEÇİMİ
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödəniləcəyi haqqında məlumat yayıb. 

Hər ay bu ərazilərdə qeydiyyatda olan təqaüdçülərin təqaüdü yeni ayın ilk on günlüyündə, digər rayonlar üzrə təqaüdlər isə növbəti on günlüklərdə ödənilir. Lakin bayramların təsadüf etdiyi aylarda pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl həyata keçirilir.

Məsələn, ötən il may ayının 13 və 14-ü Ramazan bayramına təsadüf edildiyi üçün ölkə üzrə bütün təqaüdlər də bu tarixədək yekunlaşmışdı. Dəfələrlə Ramazan, Novruz, Qurban bayramlarında pensiyalar qrafikdən kənara çıxılaraq ödənilib. Bu il iyun ayının 9 və 10-u ölkəmizdə Qurban bayramı qeyd olunur. 

Bəs bu il necə olacaq? Azərbaycanın bölgələrində yaşayan təqaüdçülər Qurban bayramını necə qeyd edəcəklər? 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili Cebhe.info-ya açıqlamasında bildirib ki, təqüdlər qrafikə uyğun olaraq ödənilir: 


“Burada hər hansı bir gecikmə yoxdur. Qrafikə uyğun olaraq ödəniləcək və məlumat veriləcək. Digər rayonların qrafiki bayram gününə təsadüf etmir, qrafik həminki vaxta təsadüf edir. Elə bir pozuntu olduqda (pensiya qrafikinin əvvələ çəkiməsi nəzərdə tutulur-red.) öncədən məlumat verilir, olacaqsa, məlumat veriləcək”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi