Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71678
az

Özbəkistandan dəhşətli xəbər: Xeyli sayda ölən var

19:0104 İyul, 2022
290
REDAKTORUN SEÇİMİ
  • A
İyulun 1-2-də Qaraqalpaqıstan Respublikasında baş verən hadisələr zamanı 18 dinc sakin həlak olub, 245 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Oxu24.com xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Özbəkistan Baş Prokurorluğunun idarə prokuroru Abror Mamatov məlumat verib. A.Mamatovun sözlərinə görə, Qaraqalpaqıstanda baş vermiş hadisələrlə bağlı cinayət işi Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın əməkdaşlarının daxil olduğu istintaq-əməliyyat qrupu tərəfindən aparılır. Onların fəaliyyəti ayrıca idarələrarası qərargah tərəfindən əlaqələndirilir. İstintaqın məlumatına görə, iyulun 1-də Nukusda bir qrup şəxs konstitusiya islahatına qarşı sonradan kütləvi iğtişaşlara çevrilən icazəsiz etiraz aksiyası keçirib. Aksiyanın təşəbbüskarı jurnalist və bloger Dauletmurat Tadjimuratov olub, o, sosial şəbəkələrdə Jokarqı Keneş binası qarşısında mitinq keçirməyə çağıran videomüraciət yayıb. Bloqqer icazəsiz mitinqə çağırdığı üçün Daxili İşlər Nazirliyinin Nukus şöbəsinə aparılıb. Onun tərəfdarları Tacimuratovun azad edilməsi tələbi ilə mərkəzi fermer bazarı yaxınlığında etiraz aksiyası keçiriblər. Bloqqer azad edildikdən sonra iğtişaşlar davam edib. Ertəsi gün naməlum şəxslər Nukusdakı nəzarət-buraxılış məntəqəsinə, Xocalı rayonundakı hərbi posta və beynəlxalq hava limanına hücum ediblər. Şəhərin müxtəlif yerlərində iki yük maşını yandırılıb. Şəhər idman kompleksinin yaxınlığındakı Dostluq kanalı üzərindən keçən körpü, şəhərdəki tikililər və yol tıxacları zədələnib. “Kütləvi iğtişaşlar nəticəsində 243 nəfər, o cümlədən 38 hüquq-mühafizə orqanı əmaəkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 18 vətəndaş ağır bədən xəsarətləri nəticəsində həlak olub”, - Baş Prokurorluqdan bildirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ