Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71673
az

ATV və ARB rəhbərliyi Prezident Administrasiyasına çağırıldı

18:2004 İyul, 2022
156
REDAKTORUN SEÇİMİ
  • A

Son zamanlar yerli telekanalların efirində yayımlanan bəzi bayağı və ucuz şouya hesablanan verilişlərin sayının artması ölkənin ziyalı təbəqəsi və xüsusən də tamaşaçılar tərəfindən böyük narazılıqla qarşılanır.

İnsanların zövqünü korlayan, əsəblərinə təsir edən bu cür verilişlərə cəmiyyət tərəfindən ictimai qınaq kəskin artır.

ARB televiziyasının efirində yayımlanan “Həmin Zaur” proqramında baş verənlərə cəmiyyətin sərgilədiyi reaksiya belə deməyə əsas verir.

Belə ki, müğənni Afşin Azərinin aparıcı tərəfindən efirdən çıxarılması faktı cəmiyyətdə böyük narazılıq yaradıb və insanlar verilişin aparıcısı Zaur Kamalın, eləcə də kanalın cəzalandırılmasını tələb ediblər. Bundan sonra Audiovizual Şura “Həmin Zaur” verilişinə görə ARB-yə xəbərdarlıq edib.

 

ARB-dəki vəziyyətlə bağlı Audiovizual Şuranın xəbərdarlığına baxmayaraq ictimai qınaq davam edib. Əldə etdiyimiz son məlumata görə,  ARB və ATV telekanallarının rəhbərləri Prezident Administrasiyasına çağırılıb. Onlara bayağı verilişlərin yığışdırılması üçün sərt xəbərdarlıq edilib. Əgər bu xəbərdarlıqdan nəticə çıxarılmasa, televiziya rəhbərləri barəsində ciddi ölçü götürüləcəyi bildirilib.

 

Konkret.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ
Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər