Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71554
az

Bir çox DƏRDİN DƏRMANI olan bu bitkini çox yeyin

23:0301 İyul, 2022
601
REDAKTORUN SEÇİMİ
  • A

Nevroz və əsəbi olanlar bu göyərtini çox yesin

Süfrələrin bəzəyi olan reyhan bitkisinin Azərbaycan mətbəxində öz yeri var. Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların, yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı həmdə bir çox dərdində dərmanıdır.

Reyhan adi göyərti deyil, bu əsl müalicəvi bitkidir. Reyhan haqqında məlumatlar dahi İbn Sinanın elmi işlərində tapılıb. İbn Sina bu bitkidən sinir sistemi xəstəlikləri, yuxusuzluq zamanı istifadə etməyi tövsiyə edirdi.
Reyhan yorğunluq zamanı orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, stress və gərginlik zamanı əksinə sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, yuxunu tənzimləyir.
Qədim zamanlarda reyhan əsasında müalicəvi dəmləmələr çox geniş istifadə olunurdu. Belə dəmləmələrin köməyi ilə tənəffüs və sinir sistemi xəstəlikləri, bağırsaq spazmları, baş və menstruasiya ağrıları, kişilərdə impotensiyanı müalicə edir.
• Bağırsaqdakı parazitləri təmizləyir
Reyhan həzm sistemi xəstəliklərində olduqca təsirlidir. Gündə iki dənə reyhan yarpağı yedikdə bağırsaqdakı parazitlər təmizlənir. Bağırsaq sancısı üçün reyhan toxumlarını üyüdüb bal ilə qarışdırıb yemək lazımdır.
• Şişkinliyi azaldır
Gündə iki reyhan yarpağı yemək bədəndəki şişkinliyi atmağa kömək edir. Onun tərkibindəki enzimlər orqanizmdəki yağların yandırılmasına və beləliklə də, arıqlamağa kömək edir.
• Depressiyadan qoruyur
Gündə 2 reyhan yarpağı yemək anti-depressiya təsiri verir və insanı sakitləşdirir. Reyhanın tərkibindəki kamfora yağı ürəyin işini stimullaşdırır və nəfəsi bərpa edir
• İmmuniteti gücləndirir
Antibakterial tərkibi sayəsində immuniteti gücləndirir.
• Bronxlardakı bəlğəmi yumşaldır
Bronxlardakı bəlğəmi yumşaldaraq, öskürəyin azalmasına kömək edir. Eyni zamanda, ağciyərləri təmizləmə xüsusiyyətinə də malikdir. Öskürək və soyuqdəymə üçün reyhanı dəmləyib, bal ilə qarışdırıb içmək lazımdır.
• Xərçəngin qarşısını alır
Tərkibindəki flavon və taninlər sayəsində xərçəngdən qoruyur.
Hal hazırda da reyhan çayı Hindistanda və bəzi digər Asiya ölkələrində ənənəvi və həmçinin müqəddəs içki, “Tanrı içkisi” sayılır.

Sizə müalicəvi reyhan çayının reseptini təqdim edirik.
– 4-5 ədəd reyhan yarpağı
– 2-3 ədəd nanə yarpağı
– 1 ədəd mixək istəsəniz əzə bilərsiniz (əzilir)
– 1 ədəd hil istəsəniz əzə bilərsiniz (əzilir)
– 1 dilim limon
– bal (zövqə görə)

Hazırlanması:
Reyhan, nanə, hil və mixək 1 stəkan qaynar suda dəmlənilir. Çay ilıq olanda 1 dilim limon və zövqə görə bal əlavə olunur.
Çay orqanizmə ümumimöhkəmləndirici və müalicəvi təsir edir – spazmları və iltihabları azaldır, mikrobları öldürür, immun sistemini möhkəmləndirir, sakitləşdirir, gərginliyi azaldır, yuxusuzluğu müalicə edir, mədə-bağırsaq və ürək-damar sisteminə müsbət təsir edir, beynin fəaliyyətini yaxşılaşdırır. 
Həmçinin belə çay antioksidantlarla zəngin olduğundan orqanizmi xərçəng xəstəliklərinin inkişafından qoruyur.
 Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, reyhanın kalorisi çox azdır. 100 qr reyhanda 27 kalori var. Ona görə də, reyhanı salatlara və şorbalar əlavə etməkdən çəkinməyin. Onu da qeyd edək ki, 100 qram qurudulmuş reyhanda 251 kalori var.
DƏYƏRLİ İZLƏYİCİLƏR mən deyərdim ki, Azərbaycanda göyərtidən bol heçnə ola bilməz, yaydada-qışdada bu dəyərli bitkini əldə edə bilərsiniz. Bu videonunda gəldik sonuna. Bizdən bu qədər. Əgər məlumat xoşunuza gəldisə kanala ABUNƏ Olub, videonu bəyənib, şərhlərdə fikirlərinizi bildirməyi unutmayın.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi