Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70995
az

Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi

11:1721 İyun, 2022
1546
  • A

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib.

Oxu24.com xəbər verir ki, o, ötən gün 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Salayev Eldar Yunus oğlu 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olub.

1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib.

1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olub.

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.

E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 mono­qra­fiyanın müəllifidir. “Qırmızı Əmək Bayrağı” ordeni və Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO