Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70824
az

Vətən müharibəsi qazisi ilə Milli Qəhrəmanın qızının toyudur - Foto

19:2715 İyun, 2022
105
REDAKTORUN SEÇİMİ
  • A

Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova evlənir.

“Qafqazinfo”nun məlumatına görə, cütlüyün toyu bu gün keçirilir.

Onların münasibəti Vətən müharibəsindən sonra -  Denis yaralanıb xəstəxanada müalicə alarkən başlayıb.

Qeyd edək ki, Denis Quzlayev 1999-cu ildə Bakıda anadan olub. O, müharibədən öncə paytaxtda fəaliyyət göstərən restoranların birində aşpaz işləyib. Səfərbərliklə döyüşlərə qatılan qazi düşmənin atdığı mərmilər nəticəsində üzündən ağır yaralanıb. Milliyətcə rus olan Denis müharibə zamanı aldığı xəsarətə görə bir neçə çətin əməliyyat keçirib, hətta 10 gün komada qalıb.

Denis Quzlayev “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Reginanın atası, Milli Qəhrəman Yuri Kovalyov da Göyçayda rus ailəsində anadan olub. O, 1991-ci ildə Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində şəhid olub. Bakının Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtda 229 saylı məktəb onun adını daşıyır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!