Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70331
az

İlkin Süleymanovun məhkəməsində şok ifadə: Onunla kamerada yatan şəxs danışdı

23:3002 İyun, 2022
259
REDAKTORUN SEÇİMİ
  • A

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Oxu24.com-un  xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təcridxanada İlkin Süleymanovla eyni kamerada saxlanılan Raqif Mirzəyevin dindirilməsi davam etdirilib. Şahid ifadəsində onunla eyni kamerada saxlanılan və sonradan İlkin Süleymanovun əleyhinə ifadə verən şəxslərin dediklərinin yalan olduğunu deyib.

O, İlkin Süleymanovun heç vaxt cinayət törətməsini etiraf etmədiyini bildirib: "İlkinlə bir kamerada olduğumuz müddətdə heç vaxt uşaq öldürdüyünü deməyib. Hamı da onun günahsız olduğunu bilirdi".

Prosesdə Nərmin Quliyevanı sonuncu dəfə görən iki məktəblinin hazırlıq müəllimi Laləzar Məmmədova da ifadə verib. Bundan əvvəlki iclasların birində ifadə verən məktəblilər noyabrın 21-i, yəni Nərmin Quliyeva itkin düşən gün hazırlıqdan qayıdan vaxt, təxminən 16:30-da Nərmini nənəsigilin evinin yanında gördüklərini deyiblər.

İttiham aktında isə qeyd olunub ki, İlkin həmin gün saat 14:30-da Nərmini evə dəvət edib və 47 gün orda saxlayıb. Bugünkü prosesdə ifadə verən müəllim Laləzar Məmmədova şagirdlərin hazırlıq saatının vaxtı ilə bağlı dediklərini təsdiq edib. Müəllim bildirib ki, hazırlıq dərsi həmişə saat 14:30-16:30 arasında olub.

Proses iyunun 3-də davam etdiriləcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi