Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69967
az

Bakıda dəhşət: Türkiyədən  gələn qadın evində öldürüldü - Qızının toyu olmuşdu

14:1927 May, 2022
254
REDAKTORUN SEÇİMİ
  • A

Gecə Bakıda yanğın olub. Hadisə zamanı ev sahibi 61 yaşlı qadın yanaraq ölüb. Hadisədən sonra mənzildən qadına məxsus qızıllar və pul tapılmayıb. Mərhumun həyat yoldaşı və yaxınları hadisənin qəsdən törədildiyini ehtimal edirlər. 

Oxu24.com xəbər verir  ki, Türkiyədən Bakıya qayıdan qadın yaşadığı evdə yanaraq ölüb.

Hadisə gecə saatlarında paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Beşmərtəbəli binada yaşayan sakinlər 3-cü mərtəbədə Xuraman Həsənovanın evindən alov çıxdığını görüb dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə gələn canlı qüvvə qapını qırıb mənzilə daxil olaraq alovu söndürüblər. Yanan mənzildən ev sahibi, ibtidai sinif müəlliməsi, 61 yaşlı Xuraman Həsənovanın meytini aşkar ediblər.

Mərhumun həyat yoldaşı Abbas Novruzov deyir ki, ayrı yaşadığı həyat yoldaşı ilə bir neçə gün əvvəl Türkiyəyə qızının toyuna gediblər. Ötən gün Bakıya qayıdandan sonra qadın öz, kişi də öz yaşadığı evə gedib.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib baxış keçiriblər. İstintaq qrupu daha sonra meyti məhkəmə tibbi-ekspertiza və patalojianatomiya birliyinə aparıblar.

Mərhumun bacısı Arzu Novruzova deyir ki, istintaq qrupu ilkin araşdırma aparıarkən onlara hadisənin elektrik xətlərində baş vermiş qısa qapanmadan olduğunu bildiriblər. Hətta ütünün elektrikdə qoşulu vəziyyətdə qaldığı belə deyilib. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb..

Bakıda mənzildə yanğın zamanı meyiti aşkarlanan 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının qətlə yetirildiyi məlum olub.

Bu barədə Oxu24.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, araşdırılma zamanı qadının üzərində zorakılıq əlamətləri aşkar edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

(xəzərxeber)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Müdafiə Nazirliyi açıqlama yaydı: 30 yaşınadək hərbi vəzifəlilər mayın 13-dən...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər