Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69897
az

İlkin Süleymanovun məhkəməsində şok ifadə: Nərmin itən günü...

11:5026 May, 2022
392
REDAKTORUN SEÇİMİ
  • A

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. 

Oxu24.com  xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxs vəkillərinin suallarını cavablandırıb.
İlkin Süleymanov məhkəmədə Nərmin Quliyeva itkin düşdüyü gün bacısının evində qaldığını deyib. Onun sözlərinə görə, həmin gün səhər evə qayıdarkən qonşular da onu görüb:

 “Noyabrın 21-i axşam bacımgilə getmişdim, gecəni də orda qaldım. Səhəri gün evə qayıdanda qonşular da yolda idi. Qonşulardan Aqil və İmranla da rastlaşdım. Nərmin itkin olduğu 47 gündə mən dəfələrlə Tovuz, Gəncə və Ağdam rayonlarında yas mərasimlərində iştirak etmişəm. Hətta dekabr ayında bir gün səhərdən gecəyə kimi, "Fidan" şadlıq sarayında olmuşam. Həmin gün toyda siyahı yazdığım üçün restoranı ən son tərk edənlərdən biri olmuşam. Bundan başqa, Nərmini saxladığım deyilən otaqda dəzgah var, atam həmin müddətdə orda dəfələrlə iş görüb”.

Vəkilin “Məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman nəyə görə işgəncə ilə ifadə verməyinizi demədiniz" sualına isə İlkin Süleymanov “Qorxdum ki, geri qaytarıb məni daha betər günə qoyarlar”, - deyə cavab verib.

İlkin Süleymanov barəsində həbs qətimkan tədbiri seçilən zaman rayonun o zamankı polis rəisi Şirzad Əsgərovun da məhkəmədə olduğunu deyib.

Proses iyunun 1-də davam etdiriləcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi