Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69078
az

Tələbə qızlara intim video göndərən müəllim  danışdı: Qısa baxan kimi, bağlayırdım...

21:5903 May, 2022
887
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün kütləvi informasiya vasitələrində yayılan video gündəmi zəbt edib. Belə ki, videoda bir kişi müəllimin intim görüntüləri əks olunub və məlumatda qeyd olunub ki, tələbə qızlara qiymət yazmaq üçün müəllim virtual seks təklifi edib. Əməkdaşımız həmin müəllimlə söhbət edib. 

Oxu24.com-un  verdiyi məlumata görə, videosu yayılan müəllim 1971-ci il təvəllüdlü Elşad Məmmədağa oğlu Rəhimovdur. 2017-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin “Baytarlıq və aqrar fənlər” kafedrasında çalışan müəllim haqqında yayılan videonun əslində 1 il əvvəl çəkildiyini və tələbələrlə heç bir əlaqəsinin olmadığını bildirib: “Yayılmış görüntülərlə bağlı onu deyə bilərik ki, 2021-ci ildə mənə "messencer"ə, şəxsi telefonuma müəyyən videolar gəlirdi. İstər-istəməz iş adamı olduğum üçün bizim telefona gələn linkləri, "whatsapp" məlumatları açıb oxuyuruq. Yəni, baxırıq ki, nazirlikdən, idarə və təşkilatlardan gələn məlumatları vaxtında, müəyyən edək, bilək. Həmin adını demək istəmədiyim videolar olduğu üçün mən onları qısa baxan kimi, bağlayırdım. Həmin videolarla bağlı sonra mən Lənkəran şəhərində kompüter mərkəzlərindən birinə müraciət etdim, çünki özüm o qədər də məlumatlı deyildim. Həmin məlumatlar kompüter mütəxəssisləri vasitəsilə mənim mobil telefonundan silindi, həmin nömrələr də, hansı ki, o nömrələrdən gəlmişdi. İndi artıq 1 il həmin vaxtdan keçib. Bir həftə bundan qabaq mənə gizli nömrə ilə zəng olundu, hansısa bir jurnalist tərəfindən və həmin jurnalist mənə bildirdi ki, videoları biz ictimailəşdirəcəyik. Dedim ki, mən o işin sahibi deyiləm.”

Elşad Rəhimov bildirib ki, tələbələrə qiymət yazmaq üçün onun tərəfindən əxlaqsız təkliflərin edilməsi yalandır və məlum videonu tələbələr yayılmayıb: “Mən artıq 5-6 ildir ki, universitetdə müəllim kimi fəaliyyət göstərirəm, heç bir başqa qeyri münasibət ola da bilməz. Bütün rayon əhli də məni tanıyır, mənim nəslimi də tanıyır. Heç o videoların mənə aidiyyəti yoxdur. Özüm o videoya belə bir münasibət bildirərdim ki, adam evində də oturub videoya baxanda istər-istəməz adamın sifəti, baş hissəsi həmin videoya düşə bilər. Həmin o səhnə də quraşdırmadır. Mən bunları təkzib edirəm. Lənkəran Dövlət Universitetinin tələbələri mənim öz balalarımdır. Onlarla yalnız mənim tələbə-müəllim kimi münasibətim vardır. Müəllimin işi dərsi tədris etməkdir. Başqa heç bir münasibət də ola bilməz. Universitetdə də tam şəffaflıq hökm sürür. Guya hansısa yolla onlara qiymət yazmaq məsələsi ola bilməz, tələbə oxuyur öz halal qiymətini alır. 

Bu videonu tələbələr yaymayıb, tələbələrlə də danışmışıq. Mənim tədris etdiyim 3-4 qrup var ki, onların sinif nümayəndələri ilə biz danışmışıq, digər aidiyyəti nümayəndələrlə də danışmışıq, heç bir tələbə bu videonu yaymayıb. Jurnalist deyir ki, 10 qız tələbəmiz guya məndən şikayət edib. Bu, tamam yalandır, mən bunu tam təkzib edirəm.”


Elşad Rəhimov onu da qeyd edib ki, böhtan atan və haqqında yalan məlumatlar paylaşan jurnalistlərlə bağlı Daxili İşlər Nazirliyinə və məhkəməyə müraciət edəcək.

Universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparır və araşdırmanın nəticəsindən asılı olaraq tədbir görüləcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu binalar sökülür  -  VİDEO
Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı