Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69044
az

Əhaliyə qazla bağlı xəbərdarlıq EDİLDİ – Bu gündən etibarən…

17:4702 May, 2022
925
REDAKTORUN SEÇİMİ
  • A

Qaz qurğuları və xətləri, tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minib. Bu sahədə texniki müayinə həyata keçiriləcək və nəticədən asılı olaraq tədbirlər görüləcək. Ortada böyük məbləğdə cərimələr  var.

Oxu24.com xəbər verir ki, bu gündən etibarən qazdan istifadə ilə bağlı bəzi qaydalara əməl etməyənlər cərimələnəcəklər.

Ölkəmizdə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov bildirib ki, bu sahə üzrə texniki müayinələr həyata keçiriləcək və bu müayinələrin nəticələri dövlət orqanları tərəfindən nəzarətə götürüləcək.

Şöbə müdirinin sözlərinə görə, əgər keçirilmiş texniki müayinələlrin nəticəsində hər hansı bir neqativ hal aşkar olunarsa, o zaman bir ay müddətində akt tərtib olunacaq və 1 ay müddətində istehlakçıya vaxt veriləcək ki, məcburi qaydada həmin neqativ halları aradan qaldırsın.

Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 2500-3000 manat arasında cərimə ediləcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Müdafiə Nazirliyi açıqlama yaydı: 30 yaşınadək hərbi vəzifəlilər mayın 13-dən...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər