Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68584
az

Ziya Məmmədovdan nəvəsi üçün yığlan "unitaz"lı maşın xəbərinə reaksiya (VİDEO)

12:2020 Aprel, 2022
431
REDAKTORUN SEÇİMİ
  • A

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun adını daşıyan nəvəsi üçün bahalı "Mercedes Viano” markalı maşın alınaraq, Türkiyədə daha lüks yığdırılıb, komfortlaşdırılıb. Hətta içində "unitaz"ı olan lüks maşında nəvə Ziyanın görüntüləri tanınmış türk iş adamı Erbakan Malkoç tərəfindən "Instagram"da paylaşılıb.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Ziya Məmmədov jurnalistləri boş-boş işlərlə məşğul olmaqda günahlandırıb: "Nə boş-boş işlərlə məşğulsunuz? Sizin işiniz-gücünüz yoxdur? Dünya doludur maşınla".

Qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo" saytı yayıb. Görüntüləri sosial mediada paylaşan Erbakan Malkoç qeyd edib ki, maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq avtomobili bəyəndiyini deyib.

Erbakan Malkoç "Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.

Onu da qeyd edək ki, Ziya Anar Məmmədovun oğludur. O, sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu binalar sökülür  -  VİDEO
Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO