Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67625
az

SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralılar var

11:0531 Mart, 2022
720
REDAKTORUN SEÇİMİ
  • A

Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var.

Hadisə ötən gecə rayonun Təngərüd kəndi ərazisində baş verib.

Astara şəhər sakini 1986-cı il təvəllüdlü Astara şəhər sakini 1986-cı il təvəllüdlü Ramazanov Ramil Faiq oğlunun idarə etdiyi “Hundau Sonata” markalı avtomobil “QAZ 66” markalı avtomobillə toqquşub.

Nəticədə minik avtomobilində sərnişin olan 1985-ci il təvəllüdlü Astara şəhəri S.Vurğun küçəsində yaşayan Bəşirov Rahim Orucqulu oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə təcili yardım xidmətinin köməyi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dostların toydan gələrkən qəzaya düşdükləri bildirilir.

Meyid müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report)

Bu yerlərdə tikilən evlər söküləcək (VİDEO)

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!