Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67581
az

Terminallarla pul köçürərkən faiz tutulacaq - AÇIQLAMA

20:0830 Mart, 2022
235
REDAKTORUN SEÇİMİ
  • A
Azərbaycanda ödəmə terminalları vasitəsilə bankların debet kartına mədsaxil zamanı hər hansı komissiya tutulmurdu. Lakin iddialara görə, artıq ödəniş terminalları sözügedən əməliyyatlar zamanı müşəridən müəyyən faiz tutmağa başlayıb. Bununla bağlı sosial şəbəkələrdə də etirazlara rast gəlmək mümkündür.
 
Oxu24.com  xəbər verir ki, "ölkə.az” məsələ ilə bağlı ölkənin aparıcı elektron ödəniş sistemləri "Komtec” Ltd (MilliÖn ticarət nişanı) və "Modenis” MMC (eManat) ilə əlaqə saxladıq.
 
"MilliÖn”dən sualımıza cavab olaraq bildirildi ki, yalnız "Azər-Türk Bank”ın debet kartlarına mədaxil zamanı məbləğin 0,6%-i həcmində komissiya tutulur. Faizin "MilliÖN” tərəfindən tutulduğu və bankla müqavilə əsasında müəyyənləşdirildiyi qeyd edilib.
 
"eManat”ın Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən isə belə komissiyanın  "Azər-Türk Bank”a məxsus debet kartları ilə əməliyyatlarda tutulduğu deyildi:
 
"eManat” ödəmə sistemi vasitəsilə "Azər-Türk Bank” debet kartlarına mədaxil zamanı tutulacaq 1% komissiya bank tərəfindən razılaşdırılmış komissiyadır. Kredit və kredit kartı üzrə ödənişlər isə köhnə qaydada, müştərinin ödədiyi vəsaitdən heç bir komissiya tutulmadan banka göndəriləcək”, - deyə açıqlamada qeyd olunub.
 
Qurumun çağrı mərkəzindən isə komissiyanın aprelin 1-dən bank tərəfindən tutulacağı deyildi.
 
"Azər-Türk Bank”ın açıqlamasında isə qeyd olunub ki, debet kartları ilə aparılan əməliyyatlar üzrə 1% həcmində xidmət haqqı birbaşa "MilliÖn” və "eManat” sistemləri tərəfindən tutulacaq. Bank bu əməliyyatlar üzrə heç bir komissiya nəzərdə tutmayıb. Səbəb kimi isə sözügedən ödəniş sistemləri tərəfindən xidmət haqqının kəskin şəkildə artırılmasının bank əməliyyatları üzrə tariflərə yenidən baxılmasına zərurət yaratdığı deyildi. Daha əvvəl isə terminallar vasitəsilə debet karta mədaxil əməliyyatları üzrə komissiyalar bank tərəfindən qarşılanırdı.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1 nəfər ölüb,4 nəfər yaralanıb - VİDEO
Azərbaycanda həkim güllələnərək öldürüldü - FOTO/TƏFƏRRÜAT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 23 yaşlı gənc bıçaqlanıb