Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67452
az

SON DƏQİQƏ! Rusiyanın milyonluq silahları məhv edildi

10:1628 Mart, 2022
1544
REDAKTORUN SEÇİMİ
  • A

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya ordusunun 4 döyüş təyyarəsini, 1 helikopterini, 2 pilotsuz uçan aparatını, 2 qanadlı raketini məhv edib.

Oxu24.com xəbər verir ki, məlumat Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılıb.

Məlumata görə, son sutkada Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib, canlı qüvvələri itkisinin sayı dəqiqləşdirilir.

Bildirilib ki, Ukraynanın hərbi qüvvələri Krivoy Roq, Zapaoroje və Mikolayev istiqamətində müdafiə tədbirlərini gücləndirib.

Ukrayna Silahlı Qüvvələri ölkə paytaxtı Kiyev ətrafında müdafiəni gücləndirir, qarşı tərəfin şimal-qərb və şərqi istiqamtindən girməsinin qarşısını alır, onları sıxışdırırlar.

Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqlərində döyüşlər davam edir.

Qeyd edək ki, Rusiya Ukraynada fevralın 24-də hərbi əməliyyatlara başlayıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisi ilə vida mərasimi keçirilir - CANLI YAYIM 
Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI