Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66886
az

SON DƏQİQƏ! Maqsud Mahmudovdan xəbər var

12:3114 Mart, 2022
1002
  • A

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Oxu24.com-un reporta istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Xalidə Hüseynova bildirib ki, təcili olaraq pul lazım olduğu üçün təqsirləndiirlən şəxsə məxsus lambarda qızıllarını girov qoyub.

"Pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Yasamal Rayon Prokurorluğuna getdim. Məlum oldu ki, orada mənim kimi bir neçə zərərçəkmiş də var. Şikayətimdən təxminən 14 gün sonra Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı heç bir şikayətim yoxdur".

Digər zərərçəkmiş Hicran Məmmədovanın sözlərinə görə, lombarda qızıllarını qoyaraq 600 manat pul götürüb: "Lombarda gedəndə bağlı olduğunu gördüm. Hamı kimi mən də polisə şikayət etdim və təxminən 1 aydan sonra qızıllarımı geri qaytardılar".

Zərərçəkmiş Samirə Abdullayeva bildirib ki, girov qoyduğu qızıllarını şikayətindən 2 ay sonra ala bilib.

Hazırda proses davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

SON DƏQİQƏ! Ukraynanın Müdafiə Nazirliyi açıqlama yaydı: Gecə nə baş verib?

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Polis bu şəxsi axtarır
Bu ərazilərdə işıq olmayacaq - DİQQƏT!
Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub