Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65795
az

Yüksək vəzifəyə təyin olunan Pərvin Əkbərov KİMDİR? - DOSYE

13:5523 Fevral, 2022
279
REDAKTORUN SEÇİMİ
  • A

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Oxu24.com  xəbər verir ki, əmrə əsasən, institutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub.

Məlumatı TƏBİB-dən təsdiqləyiblər.

Bildirilib ki, Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.

Bununla da, uzun müddət özəl sektorda uğurla fəaliyyət göstərən uzmanlıq dərəcəsinə malik menecer həkimlərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibbi müəssisələrinə transformasiyasına başlanılıb.

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Pərvin Əkbərovun uzun müddət özəl sektorda uğurla çalışdığını, bundan sonra da öz təcrübəsini Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyətinin yenidən uğurla təşkil olunmasına yönəldəcəyinə əminliyini ifadə edib.

Daha sonra, Vüqar Qurbanov Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyəti, yaradılan şəraitlə yaxından tanış olub, terapiya mərkəzlərindəki mövcud vəziyyətlə maraqlanıb, həkim heyətinin təkliflərini dinləyərək, tövsiyyələrini verib.

Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetinin, Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universiteti Osteopatik Klinik Reabilitasiya üzrə Fəlsəfə Doktoru dərəcəsinə malikdir.

İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mutəxəssis, osteopat olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun yeni direktoru Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O eyni zamanda, 2015-2017-ci il Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də, 2018–ci ildən bu günə qədər isə Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirib.

Türkiyə, Rusiya, Amerika, Kanada, Almaniya, İspaniya, Niderland, İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib. "A.I.M.S” İdman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvüdür. Bundan başqa, Pərvin Ələkbərov bir çox elmi məqalələrin də müəllifidir. 

Bakıda DƏHŞƏT! Tanınmış şəxsin başını və cinsi oqanını kəsərək qətlə yetirdilər!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO