Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64475
az

Bakıda ərəblər dava etdi

11:4529 Yanvar, 2022
265
  • A

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ərəb turistlərin kütləvi davası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən  Oxu24.com-a  bildirilib ki, paytaxtın Nizami rayonunda gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Hadisə ilə bağlı qeyd edək ki, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib.

Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər.

Hadisə zamanı xidmətdə olan olan Nizami Rayon Polis İdarəsinin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər.

Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar", - məlumatda qeyd edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı