Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64391
az

Yas mərasimlərinə qoyulan qadağa nə vaxt götürüləcək? - DEPUTAT DANIŞIR

12:3627 Yanvar, 2022
370
REDAKTORUN SEÇİMİ
  • A

Pandemiya ilə bağlı tətbiq olunan bir çox məhdudiyyətlər artıq ləğv edilib.

Toyların keçirilməsinə müəyyən şərtlərlə icazı verilib, eyni zamanda bir çox fəaliyyət sahələri də açılıb.

Hətta koronavirus xəstələri üçün tələb olunan 14 günlük karantin müddəti də 7 günə endirilib.

Buna baxmayaraq pandemiya başlayandan bəri yas mərasimlərinin keçirilməsinə qoyulan qadağa hələ də qüvvədədir. Söhbət 3, 7, 40 mərasimlərindən gedir.

Millət vəkili Ceyhun Məmmədov bununla bağlı "Xəbər Ertəsi"nə danışıb.

Millət vəkili açıqlamasında bildirib ki, yas mərasimlərinə qoyulan qadağalara gələcəkdə baxılması məqsədəuyğundur:

"Əgər biz toylara icazə veririksə, yas məsələsi də nəzərdən keçirilə bilər. Onsuz da insanlar evlərdə yas mərasimləri təşkil edirlər. Evdə bəzən 50-150 nəfər toplaşaraq yas mərasimi keçirir. Evlərdə buna nəzarət etmək daha çətin olur. Bəzən isə Bərdə rayonunda qeydə alınan hadisələr təkrarlanır. Polislə yas mərasimi sahibi arasında qarşıdurma müşahidə olunur. Amma biz toylara tətbiq etdiyimiz qaydalar kimi müəyyən say müəyyənləşdirməklə yasların da keçirilməsinə icazə verə bilərik".

C.Məmmədov bildirir ki, yas mərasimlərinin müəyyənləşdirilmiş yerlərdə keçirilməsinə müəyyən imkan yaradılacaq. Onun sözlərinə görə, necə ki, restoranlarda keçirilən el şənliklərinə polis nəzarət edir, mərasim evlərində yasların da təşkilinə nəzarəti də təmin etmək mümkün olar.

Deputatın fikirlərini izləyək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin həlak olduğu helikopter qəzası necə olub? - Mühəndis Pilot DANIŞDI - VİDEO
Qəzadan sonra hadisə yerində qaçan naməlum adam… – ŞOK VİDEO 
Helikopter qəzasından sonra bir saat sağ qalan kim olub…

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO