Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63218
az

Diqqət! PULLAR BU QAYDADA VERİLƏCƏK

12:1230 Dekabr, 2021
406
  • A

Prezident İlham Əliyevin yeni Fərmanına əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta üzrə fəaliyyətini və həmin sığorta vəsaitlərinin idarə edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək.

Bu barədə OXU24.COM-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, dövlət başçısının təsdiq etdiyi yeni Qanuna uyğun olaraq, artıq yeni ildən nazirlik bu sahədə köklü islahatlara başlayacaq.

İlk mərhələdə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının uçot sistemi qurulmaqla yığım prinsipi əsasında həyata keçirilməsi təşkil ediləcək. Bu sahədə inzibatçılığın, xidmətlərin keyfiyyətinin, vətəndaş məmnunluğunun innovativ yanaşmalar tətbiq etməklə təkmilləşdirilməsi təmin olunacaq.

Yeni ildən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə idarəçilik və xidmətlərin elektron infrastrukturunun qurulmasına başlanacaq. Bu da fəaliyyət sahəsində müasir, optimal və çevik idarəçiliyin, hərbi qulluqçulara xidmətlərin e-qaydada, şəffaf və operativ həyata keçirilməsinə şərait yaradacaq.

Bu, həmçinin sığorta ödənişinin alınması məqsədi ilə hərbi qulluqçuların ötən dövrdə böyük vaxt itkisi ilə üzləşmələri, çoxsaylı sənəd toplamaq məcburiyyətində qalmaları kimi halların aradan qaldırılmasına imkan verəcək.

Hərbi qulluqçulara sığorta ödənişlərinin vaxtında və dayanıqlı şəkildə ödənilməsi təmin edilməklə, sığorta ödənişlərinin dayanıqlığının təminatı məqsədilə sığorta ehtiyatı yaradılacaq.

Sığorta vəsaitlərindən daha səmərəli istifadə olunması islahatların əsas prioritetlərindən olacaq. Qeyd olunan sığorta ehtiyatının effektiv idarə olunmasından əldə edilən gəlirlər isə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, reabilitasiya vasitələri ilə təmin edilməsi, digər dəstəklə təminatı tədbirlərinə yönəldiləcək.

Dövlət icbari şəxsi sığorta sahəsində xidmətlərin “DOST” mərkəzlərində təşkil edilməsi də təmin olunacaq.

Xatırladaq ki, dövlət başçısının 18 may 2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb