Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62928
az

Nə olduğunu biləndən sonra günə 2 dənəsini yeyəcəksiz - KİŞİLƏR MÜTLƏQ İZLƏSİN

10:0822 Dekabr, 2021
682
REDAKTORUN SEÇİMİ
  • A

Bu 12 ərzaqdan ye, gör bədənində nə baş verəcək....

Gəlin, sizinlə balaca bir eksperiment edək: soyuducunuzu açın, içində olan ərzaqlara baxın. Necə düşünürsünüz, ordakı ərzaqların hansı sizinçün faydalıdır? Ümumiyyətlə, soyuducunuzda orqanizmə xeyirli olan hansı ərzaqlar var?  Yox, səhv salmayın, dadlıları və ya xoşunuza gələnləri sadalamanızı istəmirəm. Orqanizm üçün faydalı olan ərzaqlar nə qədərdi? Məsəlçün, soyuducunuzda kələm varsa, bu, artıq  yaxşı göstəricidir. 


1. Balıq. Təbii ki,balıq təzə-təzə yeyilməlidir. Çalışın, konservləşdirilmiş balıqlardan uzaq durun. Dietoloqlar, ümumiyyətlə, uzun və sağlam yaşamaqçün həftədə 2 dəfə dəniz məhsullarından yeməyi məsləhət görürlər. Dəniz məhsulları qan təzyiqini aşağı salır, qanda xolesterinin səviyyəsini tənzimləyir, tromb əmələgəlmə riskini azaldır, insult və ürək-damar xəstəliklərinin qarşısını alır. Tərkibində çox sayda faydalı mikroelementlər və vitaminlər var. Həmçinin, balıqlarda, bildiyiniz kimi, Omega 3 yağı olur ki, onun orqanizmə faydalarını saymaqla bitməz.
2. Yağ. Yemək hazırlarkən hansı yağa üstünlük verirsiniz? Əgər rafinə edilmiş günəbaxan yağı işlədirsinizsə, bunu etməsəniz daha yaxşı olar. Rafinə edilmiş günəbaxan yağı yalnız qızartma üçün əlverişlidir. Onu istənilən yeməklə qəbul etmək olmaz. Sağlam qidalanmaq istəyirsinizsə, çalışın işlətdiyiniz yağı zeytun yağı ilə əvəz edin. Sirr deyil ki, mətbəxində zeytun yağına üstünlük verən insanların sayı günbəgün artır. Omega 3 və müxtəlif mikroelementlərlə zəngin olan zeytun yağı haqqında dəfələrlə video hazırlamışam, kanalımda buyurub baxa bilərsiniz.

(Reklam "Zeytun bağları" gedə bilər burda)

3. Sarımsaq. Sarımsağın özünəməxsus dadı, iştahaçıcı iyi var. Düzdü, onu çox yeyə bilməzsiniz, amma faydalılıq dərəcəsinə görə əvəzedilməzdir. Tərkibində kalium, natrium, kalsium, maqnezium, C, D, B  vitaminləri, fitonsidlər, efir yağları və nələr, nələr var... Sarımsaq təzyiqi aşağı salır, orqanizmdəki mikrobları məhv edir, güclü antiseptikdir. Həmçinin, tərkibində selen mikroelementi olduğuna görə, o, çox güclü antioksidantdır. 
4. Ləpə. Bütün ləpəlilər faydalıdır; qoz, fındıq, badam...Ən faydalısı qozdur. Dietoloqlar  hesab edir ki, günə 7 ədəd qoz ləpəsi yemək lazımdır. Hətta,  bir maraqlı faktı deyim: alimlər aşkar ediblər ki, Yunanıstanda insanlar ürək-damar xəstəliklərinə dünyanın başqa ölkələrindəki göstəricilərə nisbətən, az tutulur. Bunun səbəbini araşdırmağa başlayıblar.  Məlum olub ki, sən demə, Yunanıstanda, əhali  daha çox qoz yeyir, zeytun yağı isə süfrələrindən əskik olmur.
5. Yerkökü. Yerkökü sarımsaq kimi “vitamin anbarı”dır. Amma bir özəlliyi var ki, tərkibindəki A vitamininin miqdarına görə meyvə-tərəvəzlər arasında çempiondur. Əksər  meyvə-tərəvəzlər termik emala uğradıqda tərkibindəki vitaminlərin çox hissəsi məhv olur. Amma bu, yerkökü üçün keçərli deyil. O, termik emala uğrasa da tərkibindəki vitaminləri qoruyub saxlayır, hətta, artırır. Məsələn, yerkökü qızardıldıqda tərkibindəki A vitaminin miqdarı 20% artır. A vitamini gözlər üçün əvəzedilməzdir. O, görməni yaxşılaşdırır, dərini təravətləndirir, həmçinin, orqanizmdə gedən proseslərin çoxu üçün gərəklidir. Yerkökünün tərkibindəki beta-karoten  həm antioksidant xarakterlidir, həm də, öz növbəsində, sərbəst radikalların orqanizmə mənfi təsir göstərəcək fəaliyyətini bloklayır.  Amma bir məsələni unutmamaq lazımdır: A vitamini yağda həll olandır. Ona görə də yerkökünü yedikdə məsləhətdir ki, həmin yeməyə yağ əlavə edəsiniz. Beləcə, orqanizm vitamini yaxşı  mənimsəyəcək. Optimal variant yenə zeytun yağıdır. 

9. Qara şokolad... Bəli, qara şokolad! Amma marketlərdə satılan rənglənmiş adi şokoladlarla səhv salmayın. Çünki marketlərdə əsl şokolad çox azdır, bunun əvəzində,  aromatizator, rəngləndirici, dadlandırıcı, şəkər, trans yağlar qarışımı olan süni və keyfiyyətsiz şokoladlar var. Əsl şokolad dadına görə yediyiniz şokoladdan kəskin şəkildə fərqlənəcək. Bir şey deyim, qara şokolad elə  də dadlı deyil. O, acı və qəribə tamlıdır. Bununla belə, acı şokolad mikroelementlərlə, vitaminlərlə, antioksidantla zəngindir. Burda bir nüans da var: əgər siz rasionunuza  qara şokolad əlavə edirsinizsə, normaya riayət etmək lazımdı. Çünki onu çox yemək, orqanizmə faydalı deyil, ziyanlı ola bilər. 
10. Balqabaq tumu. Kişilər üçün vacib olan sink mineralı ilə zəngindir. Qeyd edim ki, sink cinsi aktivliyi gücləndirir, immuniteti möhkəmlədir, beyin aktivliyini sürətləndirir. Gündə 2 dənə balqabaq tumu yemək belə kifayət edir ki, siz fərqi hiss edəsiniz.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda  müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü 
Bakıda güclü yanğın: Ölən var
1 nəfər ölüb,4 nəfər yaralanıb - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO