Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62890
az

Əhaliyə xəbərdarlıq edildi: Bu tarixdə Bakıya QAR YAĞACAQ - RƏSMİ

17:5021 Dekabr, 2021
1027
  • A

"Son zamanlar sinoptik-meteoroloqlar konkret region üçün səciyyəvi olmayan hava kütlələrinin nadir, bəlkə də bu vaxtlaradək görünməyən, kionfiqurasiya və hərəkət istiqamətləri ilə qarşılaşır. Belə proseslərdən biri dekabrın 23-24-də gözlənilir".

Oxu24.com  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Burada qeyri-adilik nədədir? Adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya Yeni Torpaq ərazilərindən daxil olaraq havanın xeyli soyumasına və qar yağmasına səbəb olur.
Bu dəfə, Şərqi Sibir ərazisində temperaturun normadan 17 dərəcəyədək enməsinə səbəb olan anomal soyuq antisiklonun qolu, hava kütlələrinin adətən qərbdən şərqə axınının əksinə olaraq, şərqdən qərbə uzanaraq ayın 23-24-də bizim regiona çatacaq”.

Xidmət rəsmisi qarı seyr etmək arzusunda olan şəhər əhalisinə sinoptiklərdən xoş xəbər olduğunu bildirib.

O qeyd edib ki, 23-24 dekabrda Abşeron yarımadası və Bakıda sulu qar, qar gözlənilir. Lakin temperatur rejiminin 8-10 dərəcəyədək enməsinə baxmayaraq, havanın temperaturunun müsbət 3 dərəcəyə yaxın olması davamlı qar örtüyünün yaranmasına imkan verməyəcək.

“Ölkənin dağlıq və dağətəyi rayonlarının əhalisi isə intensiv, bəzi yerlərdə isə güclü qarın yağması nəticəsində əmələ gələn qar örtüyünü müşahidə edə biləcək”.
U.Tağıyeva dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmağı tövsiyə edib.

TƏCİLİ XƏBƏR! Əsir düşən hərbçilərimizdən xəbər var -RƏSMİ

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT 
Bakıda yanğın: Ölən var
Kəlbəcərdə ağır qəza: Ölən var

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ