Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62857
az

Marketlərdəki ərzaqların 70%-i xərçəng yaradır - Alimlər o maddəni tapdı

23:1120 Dekabr, 2021
286
REDAKTORUN SEÇİMİ
  • A

Böyük Britaniya alimləri xərçəngə səbəb olan maddənin gündəlik istifadə olunan ərzaq məhsullarında olduğunu açıqlayıb.

Medicina.az xəbər verir ki, alimlər palmitin yağ turşusunun Britaniya əhalisinin yarısında gələcəkdə onkoloji diaqnoz yaradacağını bildirib.

Elmi tədqiqatın rəhbəri Cessika Nibz populyar yağ və ərzağın kanserogen təsiri barədə nəticəyə gəlib.

Təcrübədə siçanların qidasına palmitin yağ turşusu əlavə olunub. 3 ay sonra bu siçanlarda udlaq, qida borusu, dəri xərçəngi yaranıb.
Nature dərgisində bu yağ turşusunun onkologiya ilə birbaşa bağlılığı barədə şokedici nəticə dərc edilib.

Britaniyanın “Dünya xərçəng araşdırması” xeyriyyə təşkilatı palmitinin xərçəng genomlarını dəyişdiyini açıqlayıb.

Bu açıqlama yeni müalicə terapiyası tapmaq üçün alimləri hərəkətə keçirib. Çünki əgər belədirsə, bu qidaları yeyən indiki əhalinin yaxın 10-20 ildə ildırım sürəti ilə onkoloji diaqnoz aşkarlanacağını labüd edir.

Məlumdur ki, yağ turşuları orqanizm üçün tikinti materialıdır. Amma eyni zamanda onlar metastazları yayır.

Palmitin turşusu daha çox palma yağının tərkibinin əsasıdır. Palma yağının siçanlarda karsinoma və dəri xərçəngi yaratması artıq sübut olunub.


“Palmitin turşusunda elə birləşmə var ki, o metastazları stimulə edib artırır. Ona görə artıq xərçəng xəstələrinin qidasında bu yağ olmamalıdır”.

Palmitin turşusu şiş hüceyrələri arasında siqnal şəbəkəsi yaradır, onları regenerativ, yəni bölünən, oyaq vəziyyətdə saxlayır.

Hazırda palma yağı bütün qida sənayesində istifadə olunur. Uşaq qidaları, marqarinli bütün şirniyyatlarda, yağlarda, şokoladlarda, hətta kosmetik məhsullarda – şampun, yuyucu vasitələr və s.

Mütəxəssislər hesablayıb ki, Britaniya marketlərində satışda olan ərzaqların 60%-də palma yağı var.

Alimlər xərçəng və metastazların yaranma səbəblərini öyrənməyin onun qarşısını almaqda vacib olduğunu bildirib. Biz nəylə qarşılaşdığımızı bilsək, onu dayandıra bilərik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı