Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62436
az

SON DƏQİQƏ! Azərbaycana uçuşlar bərpa edildi

13:3110 Dekabr, 2021
649
REDAKTORUN SEÇİMİ
  • A

Uzun fasilədən sonra “Lufthansa” aviaşirkəti Bakıya Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa müntəzəm reyslərini bərpa edib.

Bu barədə Oxu24.com  Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bu ilin yayınadək reyslər Tbilisi hava limanında qısamüddətli dayanmaqla yerinə yetirilirdi. Noyabr ayından başlayaraq aviaşirkət yenidən Bakıdan Frankfurta və geriyə birbaşa müntəzəm reyslər təklif edir. Aviaşirkət öz sərnişinlərinə həftədə 4 reysədək təklif edir –bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri Bakıdan uçuş saat 04:45-də və çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri Bakıya gəliş saat 21:30-da həyata keçiriləcək.

Təyyarə tipi - "Airbus A320", iki xidmət sinfi mövcuddur.

«Biz, “Lufthansa Group” aviaşirkətləri uçuşlarımızın coğrafiyasını tədricən genişləndiririk və Azərbaycandan olan müştərilərimizə yenidən Bakıdan Frankfurta və daha sonra bütün dünyaya birbaşa müntəzəm reysləri təklif etməyə şadıq. Biz, həmçinin Bakı-Frankfurt marşrutunun gələcək inkişafına nikbin baxır və müştərilərimizi hava gəmilərimizdə yenidən salamlamaq imkanını səbirsizliklə gözləyirik», – Karsten Tsanq, “Lufthansa Group”un Ukrayna, Belarus, Türkmənistan və Cənubi Qafqaz üzrə Baş direktoru deyib.

«COVID-19 pandemiyasının başlanmasınadək Avropanın ən böyük qovşaqlarından biri olan Frankfurta birbaşa müntəzəm reyslər yerinə yetirən ”Lufthansa” aviaşirkəti bizim çoxillik tərəfdaşımızdır. Biz şadıq ki, istər Azərbaycanda, istərsə də Almaniyada uğurlu peyvəndləmə proqramları sayəsində və karantin məhdudiyyətlərinin tədricən yumşalması nəticəsində sərnişinlərə bu tələb olunan istiqaməti yenidən təqdim edə biləcəyik», - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı