Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62256
az

SON DƏQİQƏ! Azərbaycan XİN Ermənistana çağırış etdi: Dərhal yerinə yetirilsin

21:4507 Dekabr, 2021
475
REDAKTORUN SEÇİMİ
  • A
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarına dair məlumat yayıb. Oxu24.com XİN-ə istinadən xəbər verir ki, məlumatda deyilir: "Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. Azərbaycan, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır. Məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarına gəldikdə, vurğulamaq istərdik ki, Ermənistan tərəfindən qaldırılan, saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib. Azərbaycan Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasına dair tələb qaldrımaqda davam edəcək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!
Azərbaycanda  müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü 

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü