Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62156
az

Yanvardan başlayaraq hər ay maaşınızdan BU QƏDƏR PUL TUTULACAQ - VİDEO

11:2306 Dekabr, 2021
632
REDAKTORUN SEÇİMİ
  • A

Ölkə üzrə əhaliyə icbari tibbi sığorta xidməti göstərilir və buna görə vətəndaşların əməkhaqlarından 1 faiz ödəniş tutulur.

Oxu24.com  xəbər verir ki, bu rəqəm gələn ildən 2 faiz təşkil edəcək.

Məsələyə münasibət bildirən millət vəkili Soltan Məmmədov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində deyib ki, həm işə götürənin, həm də işləyənlərin ödəyəcəyi iki faiz keçən il qeyri-dövlət təşkilatları üçün güzəşt olaraq bir faiz həcmində saxlanılmışdı.

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.

1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar bu xidmətləri əldə edə bilərlər.

Əməkhaqqınızdan və ya gəlirinizdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablamaq üçün bu linkə daxil ola bilərsiniz.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Narkotikin təsiri ilə avtomobil idarə edən sürücü saxlanıldı