Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61937
az

Helikopter necə qəzaya uğrayıb? - General açıqladı +YENİ VİDEO

10:3901 Dekabr, 2021
1257
REDAKTORUN SEÇİMİ
  • A

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanı istiqamətinə uçuş edib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb.

Oxu24.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar noyabrın 30-da təşkil olunan brifinqdə məlumat verib.

Qəza nəticəsində 14 hərbi qulluqçumuzun həlak olduğunu, 2 hərbi qulluqçumuzun yaralandığını xatırladan DSX rəisi bildirib:

“Həlak olmuş şəhidlərimizin valideynlərinə, yaxınlarına, qohumlarına, əzizlərinə, övladlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır. Onların sağlamlığının bərpası üçün həkimlərimiz tərəfindən zəruri tədbirlər görülməkdədir”.

E.Quliyev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara şəhid statusunun verilməsini nəzərdə tutur.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb