Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61858
az

Gecə saatlarında dəhşət: Ölən və  yaralı var

08:1929 Noyabr, 2021
403
REDAKTORUN SEÇİMİ
  • A
Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini Məzahir Mirzəliyev “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Məzahir Mirzəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb, onun sərnişini, polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev isə hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, Məzahir Mirzəliyev Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır və o, polis şöbəsində rabitəçi vəzifəsində çalışır. Hadisə polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi