Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61562
az

SON DƏQİQƏ! Səhiyyə Nazirliyi açıqlama yaydı

12:5523 Noyabr, 2021
405
REDAKTORUN SEÇİMİ
  • A

COVID-19 vaksinləri yeni olduğundan hamiləlik zamanı COVID-19 peyvəndi alan qadınların körpələrinə uzunmüddətli təsirləri barədə hələki dəqiq bir məlumat yoxdur, lakin COVID-19 peyvəndləri "canlı" peyvənd olmadığı üçün insanlarda infeksiyaya səbəb ola bilməz.

Oxu24.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov deyib.

O qeyd edib ki, digər canlı olmayan peyvəndlər hamiləlik zamanı qadınlara uzun illər heç bir təhlükəsizlik problemi olmadan vurulub: "mRNT vaksinləri də (Pfizer və Moderna) inyeksiyadan sonra sürətlə parçalanır. 40 000-dən çox hamilə qadını əhatə edən altı ayrı araşdırma göstərdi ki, peyvənd hamilə qadınlarda vaxtından əvvəl doğuş, ölü doğuş və körpələrdə anadangəlmə anomaliya riskini artırmır".

Mütəxəssis COVID-19 vaksinlərinin ana bətnində olan körpələrə təsiri barədə də danışıb: "COVID-19 vaksinlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olması qənaətindədir. Hamiləlik zamanı peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu aşkar edib. İngiltərədəki araşdırmaların nəticələrinə görə COVID-19 peyvəndlərinin hamilə qadınlar və ya inkişaf etməkdə olan körpələr üçün zərəri yoxdur. Bundan əlavə COVID-19 peyvəndlərinin tərkibindən ana və körpə sağlamlığı üçün təhlükəli hesab edilən inqrediyentlərin olması da təstiqini tapmayıb".

Peyvəndlərin ana bətnindəki körpəyə COVID-19-a qarşı müəyyən miqdarda anticisim ötürə bilməsi məsələsin aydınlıq gətirən nazirlik rəsmisi əlavə edib ki, bu mövzuda kifayət qədər araşdırma yoxdur: "Yalnız bir qrup hamilə qadında peyvəndin qoruyucu anticisimlərinin plasenta vasitəsi ilə körpəyə keçdiyi və COVID-19-a qarşı immunitetinə kömək etdiyi göstərilib. Ananın immunizasiyası yeni doğulmuş körpəni COVID-19-dan qorumağa kömək etsə də, bu anticisimlərin nə dərəcədə qorunma təmin edəcəyini və ya bu qorunmanın nə qədər davam edəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var".

SİRLƏR AÇILIR! NOYABR DÖYÜŞLƏRİ BUNA GÖRƏ BAŞLADI - ŞOK DETALLAR

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi