Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61417
az

Rusiyaya gedən azərbaycanlı miqrantların nəzərinə: Yeni arayış təqdim etməlidirlər

20:3419 Noyabr, 2021
412
REDAKTORUN SEÇİMİ
  • A

Rusiyaya gedən azərbaycanlı miqrantlar bundan sonra tibbi arayış təqdim etməlidirlər.

“Rusiyaya 90 gündən artıq müddət üçün gedən əmək miqrantları və əcnəbi vətəndaşlardan dekabrın 29-dan etibarən Daxili İşlər Nazirliyinə HİV infeksiyasına yoluxmaması və narkomaniya asılılığının olmaması barədə arayış tələb oluna bilər”, - deyə RF DİN-in hazırladığı sənədin layihəsində bildirilir.

Əcnəbilər əvvəllər verilmiş arayışların müddətinin bitdiyi tarixdən 30 gün ərzində tibbi sənədləri təqdim etməlidirlər. Yetkinlik yaşına çatmayanlar üçün isə bu işlə valideynlər, qəyyumlar və ya nümayəndələri məşğul olacaq.

Arayış kağız daşıyıcıda Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə idarəsinə, yaxud elektron formada, rəqəmsal imza ilə idarənin ərazi orqanına təqdim edilə bilər.

Sənəd xarici dildə tərtib olunubsa, rus dilinə tərcümə edilməli və notarius tərəfindən təsdiqlənməlidir.

Təqdim edildikdən sonra miqrantın ünvanına qəbz və ya elektron poçt ünvanı verilir, məlumatlar daxil olduğu gündən üç iş günü müddətində Daxili İşlər Nazirliyinin informasiya sisteminə daxil edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!
Rəisinin həlak olduğu helikopter qəzası necə olub? - Mühəndis Pilot DANIŞDI - VİDEO
Qəzadan sonra hadisə yerində qaçan naməlum adam… – ŞOK VİDEO 

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO