Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59067
az

SON DƏQİQƏ! ƏHALİYƏ XƏBƏRDARLI EDİLDİ

13:1602 Oktyabr, 2021
1480
REDAKTORUN SEÇİMİ
  • A

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraitinin dəyişəcəyi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Qrumdan Oxu24.com-a verilən məlumatda bildirilib ki, oktyabrın 3-ü axşamdan 7-dək ölkə ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzən intensivləşəcəyi, ayrı-ayrı yerlərdə küləyin güclənəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti proqnoz verib.

Bu da sürücülərin bəzi qaydalara əməl etməsini vacib şərtə çevirir:

"Avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini minimuma endirməklə kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevr etməkdən çəkinsinlər və küləyi nəzərə alıb nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etsinlər.

Yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olması yoxlanılmalıdır.

Bununla yanaşı, sürücülərə xatırladırıq ki, yollarda yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların yağış suyu ilə isladılması qeyri-etik hərəkət olmaqla yanaşı onların inzibati məsuliyyətə cəlb edilməsinə əsas verir.

Piyadalar da onların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən istifadə etməli, avtomobil yollarına çıxmamalıdırlar".

SON DƏQİQƏ! Xalq Artisti ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu videoya baxmadan MARKET QATIĞI ALMAYIN! - Səbəbləri
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Dolmadan narkotik çıxdı - FOTO