Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58678
az

DİQQƏT! DİM məlumat yaydı: Müddət uzadıldı

00:0819 Sentyabr, 2021
1865
REDAKTORUN SEÇİMİ
  • A

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılır.

Oxu24.com Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılmışdır. Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.


Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Məlumat üçün qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti sentyabrın 23-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.

Həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə çatdırırıq ki, qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinin sayı artırılmışdır. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilmişdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ
Bakıda bu ərazi plana düşdü  — Evlər və obyektlər söküləcək (VİDEO)
SON DƏQİQƏ! Baş Prokurorluq xəbərdarlıq etdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA