Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58496
az

Azərbaycanda vaksinasiya ilə bağlı VACİB AÇIQLAMA

11:5714 Sentyabr, 2021
1039
  • A

Hələlik Azərbaycanda əhalinin 30 faizdən bir qədər çoxu vaksinin hər iki dozasını alıb. Əhalinin bir hissəsi xəstələnib sağalıb, bir hissəsi isə birinci doza olunub, ancaq hələ istənilən say əldə olunmayıb. Hər iki dozanı vurduran əhalinin 70 faizə çatması üçün daha fəal çalışmalıyıq.

Oxu24.com  xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev deyib ki, bu, qlobal bir problemdir: "Ümumiyyətlə tibb tarixi göstərir ki, pandemiyalar bəzən 3-5 il davam edə bilir.

Bu baxımdan görünür koronavirus pandemiyasının aradan qalxması üçün zaman lazım olacaq, yəqin ki, yaxın bir il içərisində də biz pandemiya və karantin şərtlərini zaman-zaman tətbiq etməli olacağıq. İstənilən halda vaksinasiyanı etmək lazımdır ki, ölüm halları və ağırlaşmalar olmasın.

Eyni zamanda qorunma tədbirlərinə də əməl etməliyik”.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 103 091 təşkil edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naibə  Quliyevanın meyiti tapılıb
Meyiti tapılan qadın görün kimdir
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı