Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58044
az

DİQQƏT! Birinci doza peyvənd olunanların qapalı məkanlara daxil olmasının qaydası açıqlanıb

10:3902 Sentyabr, 2021
1383
  • A

Oktyabrın 1-dək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.

Bu barədə Oxu24.com-a  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar “myGov” şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.

“myGov” mobil tətbiqini “iOS” və “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklərdən yükləyə bilərlər:

• "Android"

• "iOS"

Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.

Qeyd edək ki, “CheckApp” mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb.

Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda gecə saatlarında dəhşətli anlar:Tutulan və yarlı var
Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
Rəisi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb