Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57734
az

SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq edildi

12:2421 Avqust, 2021
2322
REDAKTORUN SEÇİMİ
  • A

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-38° , bəzi yerlərdə 39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən, şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!