Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57187
az

DİQQƏT! Hava ilə bağlı xəbərdarlıq edildi

16:0702 Avqust, 2021
1968
REDAKTORUN SEÇİMİ
  • A

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a verilən məlumata görə, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 %, gündüz 25-30 % olacaq.

Abşeron çimərliklərində Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Şimal çimərliklərində dəniz suyunun temperaturu (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 03-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!